Qahirədəki hadisələrlə əlaqədar Misir konstitusiyasına dair referendumun bu ölkənin xaricdəki diplomatik nümayəndəliklərində keçirilməsi təxirə salınıb.
Misirin bütün diplomatik nümayəndəliklərinə bununla bağlı direktivlər göndərilib. Ölkə prezidenti Məhəmməd Mursi referendumu təxirə sala bilər. Lakin onun bir neçə şərti var. Bu barədə yerli mətbuata Misirin vitse-prezidenti Mahmud Mekki məlumat verib.
Qahirədə Məhəmməd Mursinin 4 köməkçisi istefa verib. Məhz prezidentin səlahiyyətlərini artırması ölkə əhalisinin narazılığına səbəb olub. Bir qədər əvvəl «Əl-Ərəbiya»nın verdiyi məlumata görə, Misirin xarici ölkələrdəki səfirləri referendumun keçirilməsinə nəzarət etməkdən imtina edib. Misirin Hakimlər klubu da yeni konstitusiya ilə bağlı referendumu boykot etmək qərarı qəbul edib.
Azadlıq.info


