QOÇ
Bu gün etməniz lazım olanlar və getmək istədiyiniz yerlər arasında bir tərəddüd yarana bilər. Əvvəlcə özünüz üçün işdə nələr edilməsi lazım olduğunu aydınlaşdırın. Daha sonra isə əyləncə barədə fikirləşə bilərsiniz.
BUĞA
Bu gün eşq həyatınız gündəmdə olacaq. Bu gün kef barədə sizdən daha çox düşünən ola bilməz. Şərikli pul xərcləmələrində diqqətli olmağınız gərəkir.
ƏKIZLƏR
Bu bir neçə günü evinizə həsr etməli olacaqsınız. Bir çox işinizin olmasına baxmayaraq, işlərinizi evdən icra etmək, yaxud da ailənizə vaxt ayırmaq istəyəcəksiniz. Şərikli işlərdə bəzi məcburiyyətlər üzə çıxacaq.
XƏRÇƏNG
Işdə sizi əhatə edənləri tənqid etməyə meyilli olacaqsınız. Şəxsi həyatınızda enerjinizi sevdiyiniz insanın istəklərinə yönəldə bilərsiniz.
ŞIR
Əylənmək üçün pul xərcləmək istəyərkən, pulunuzun az olması sizi bir az darıxdıracaq. Buna baxmayaraq əhvalınız korlanmayacaq.
QIZ
Bu gün ailənizlə razılaşmaqda çətinliklər yaranacaq. Öz şəxsi qərarlarınızı onlarla paylaşarkən bir az diqqətli olmalısınız. Işdə gözəl perspektivlər ola bilər.
TƏRƏZI
Yaxın ətrafınızla razılaşmaqda və məntiqli dialoqlar qurmaqda çətinlik çəkəcəksiniz. Bu müddətdə nikbinliyinizi əldən buraxmayın və bitirmək istədiyiniz işlərinizi başqa bir günə təxirə salmayın.
ƏQRƏB
Pulla bağlı məsələlərdə sizin üçün qaranlıq qalan tərəflər olacaq. Yaşadıqlarınızın hamısını pulla dəyərləndirməyin.
OXATAN
Işdə bəzi problemlər ortaya çıxa bilər. Bu aralar başqalarının nə dediyi sizin üçün çox əhəmiyyətli deyil. Şəxsi həyatınızda romantik olaraq özünüzü şanslı hiss edəcəksiniz.
OĞLAQ
Bu gün işlərinizi rahat həll edə bilərsiniz. Ulduzların yeganə xəbərdarlığı qidalanmağınıza diqqət yetirməmənizlə bağlıdır.
DOLÇA
Bu gün yoldaşlarınızın pulla bağlı söhbətinə girməməyə çalışın. Əyləncə və eşq mövzusunda keçirdiyiniz duyğularınızı bu gün şişirtməyin.
BALIQLAR
Sıxlıq yerlərdə sevdiyiniz insanla razılaşmaqda çətinlik çəkə bilərsiniz. Onu çox tənqid etməməyə çalışın. Yaxşı olar ki, qarşı tərəflə mehriban davranasınız. Ortaqlı işlərdə özünüzü ətrafdakılara göstərmək əhəmiyyətli ola bilər.

Günün ulduz falı (07.12.2012)
•