UEFA icra komitəsi futbol üzrə 2020-ci ilə Avropa çempionatını bir neçə ölkədə keçirməklə bağlı qərar qəbul edib.
Bu barədə qurumun baş katibi Cani İnfantino dekabrın 6-da keçirdiyi mətbuat konfransında bəyan edib. Yarışın dəqiq formatı bir qədər sonra müəyyən ediləcək. İnfantinonun sözlərinə görə, Avropanın 53 futbol federasiyasından 52-i yarışın bu formatda keçirilməsinə razılıq verib. Əleyhinə isə yalnız uzun illərdi Avropa çempionatına ev sahibliyi etmək istəyən və Avro-2020-i keçirmək üçün əsas iddialılarından olan Turkiyə səs verib. Yarışlar Avropanın 13 şəhərində, o cümlədən Moskva, Paris, Madrid, London, Roma və Lissabonda keçirilə bilər. Avro-2020-nin oyunlarını keçirmək üçün namizəd şəhərlərin ərizələrinin qəbuluna 2013-cü ilin mart ayından başlanılacaq. Yekun siyahı isə 2014-cü ilin yazında açıqlanacaq.
Avro-2020-nin bütün Avropa ərazisində keçirilməsi ideyası ilk dəfə UEFA prezidenti Mişel Platini tərəfindən səslənib. Onun fikrincə, bu səviyyədə yarışı keçirməyə hazır olan şəhərləri seçməklə UEFA çempionatın təşkili üçün böyük xərclərdən xilas ola bilər.
İnfantino həmçinin Avro-2016-nın da bu formatda keçirilməsi müzakirə edilsə də, sonradan bu niyyət gerçəkləşməyib. 2016-cı ildə Avropa çempionatı Fransada keçiriləcək.
Azadlıq.info


