ABŞ Dövlət katibi Hillari Klintonla Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Dublində BMT və Ərəb Dövlətləri Liqasının xüsusi nümayəndəsi Lahdar Brahimi ilə görüşəcəklər.
Görüşdə Suriya münaqişəsi və ölkədə qan tökülməsinə son qoyulmasının yolları müzakirə olunacaq.
Görüş təhlükəsizlik məsələsi ilə bağlı beynəlxalq konfrans çərçivəsində keçiriləcək.
Qərb agentlikləri 3 tərəfli görüşü gözlənilməz hesab edirlər.
Hazırda Suriyada hökumət və müxalifət qüvvələri arasında ağır döyüşlər gedir.
Müxalifət prezident Bəşər Əsədin istefasını tələb edirlər.
Suriyalı hüquq müdafiəçiləri 1 ildən çoxdur ki, ölkədə gedən döyüşlərdə 40 mindən çox adamın öldürüldüyünü deyirlər.


