Məhbus ailələrindən hüquq müdafiəçisinə sərt ittihamlar

“Səidə Qocamanlı, artıq Sizdən şübhələnirik”

“Səid Dadaşbəylinin dəstəsi”nin Müdafiə Komitəsi hüquq müdafiəçisi Səidə Qocamanlının “Yeni Musavat” qəzetinə müsahibəsi ilə bağlı bəyanat yayıb. Komitə bəyan edir ki, “Səid Dadaşbəylinin dəstəsi” adı altında həbs olunan 10 gənjin AŞ PA-nin siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasserin siyahısına salınmasında Səidə Qocamanlının hüquq müdafiəçisi kimi heç bir rolu olmayıb.
“O zaman Sizə nədən hədsiz təzyiqlər edirlər? Siz bir dəfə də olsa, onlarla görüşməmisiniz. Onlarla yalnız məhkəmədə tanış olub məlumatlanmaq istəyirsiniz. Səidə Qocamanlı, unutmayın ki, “Səid Dadaşbəyli dəstəsi” adı ilə tanınan bu insanlar sifarişlə həbs olunublar. Əməliyyat başa çatdıqdan sonra məhkəmənin sonunda hərəsi 12-14 il müddətinə azadlıqdan məhrum olundular. Sifarişçi bu işi başa çatdıranların hər birini (təxminən 10-15 nəfəri) rütbələrinin qaldırılması ilə mükafatlandırıb. Səidə Qocamanlı, artıq Sizdən şübhələnirik. Hər dəfə “şəffaf məhkəmə istəyirik” söyləməklə mükafat alırsınız? Ancaq Siz sadəjə olaraq bioloqsunuz, kimyaçısınız. Hakim, prokuror, vəkil deyilsiniz, hətta Azərbayjan qanunlarını bilmirsiniz. Yenə də dörd dəfə keçirilmiş məhkəmədən sonra məhkəmə istəyirsiniz”, – deyə bəyanatda bildirilir.
Komitə həbs olunan gənjlərin 4 məhkəmədən keçdiklərini xatırladır: “Biz bu 4 ədalətsiz məhkəmələri gördük. Mərhum Emin Məmmədov bu məhkəmələrin qurbanı oldu. Hal-hazırda övladlarımız Avropa məhkəməsini gözləyir. Sizdən xahiş edirik, gedin bacardığınız işlə məşğul olun. Oxujuları hər dəfə şəffaf olmayan məhkəmə ilə çaş-baş salmayın!”.
Bəyanat müəllifləri qeyd edirlər ki, vətənini, xalqını sevən həqiqi hüquq müdafiəçiləri Səid Dadaşbəyli ilə birlikdə həbs olunan gənclərlə görüşürlər: “Onlar bəyan edirlər ki, “Səid Dadaşbəylinin dəstəsi” qrupunun üzvləri məhz siyasi motivlərlə həbs edilib və onların günahı məhkəmədə də sübuta yetirilməyib. Biz bu gənclərin işini çox diqqətlə, injəliklərinə qədər araşdırıb öyrənmişik. Buna görə də tam məsuliyyətlə deyə bilərik ki, bu şəxslərə qarşı irəli sürülən ittihamlar qurama, əsassız və absurddur”.

azadliq.info