ulduz fali

Günün ulduz falı (06.12.2012)

QOÇ
Vacib işləri görmək üzərində köklənin ki, onları başa çatdırasınız. Yaxşı olar ki, sınanmış vasitələrdən istifadə edəsiniz. Bu gün hər hansı eksperiment arzuedilməzdir.
BUĞA
Bu gün diqqəti öz üzərinizə yönəldəcəksiniz, amma bu, heç də xoşagələn mənada deyil. Ən pisi də odur ki, bugünkü büdrəmələriniz fikri sizin üçün əsas olan şəxslərin diqqətini çəkəcək. Potensial partnyorlarla danışıqlar üçün də münasib gün deyil.
ƏKIZLƏR
Özünüzü təmkinli aparacaqsınız. Istənilən mövzunun müzakirəsi üçün münasib gündür. Hətta ən kəskin diskussiyalarda konstruktiv andan istifadə edəcəksiniz. Ehtimal ki, maraqlı təklif, yaxud da maraqlı bir yerə dəvət alacaqsınız.
XƏRÇƏNG
Fantaziya, yaradıcılıq tələb edən işlə məşğul olmaq üçün məhsuldar gündür. Nəzərə alın ki, bugünkü işgüzarlıq münasibətləri asanlıqla dostluq-məhəbbət donu geyə bilər. Yaxın ətrafınızla münasbətlərə gəlincə, burda siz güzəştə getməyi sevmirsiniz.
ŞIR
Bu gün tərif deyil, tənqid eşidəcəksiniz. Səhvlərinizi anladığınızı və düzəltməyə çalışdığınızı deməyin isə heç faydası olmayacaq. Bununla da tənqidin qarşısını ala bilməyəcəksiniz. Bu gün sizin tərəfinizi tutanlara nəzər salın, onlar etibara layiqdirlər.
QIZ
Ailə-məişət problemlərinin həlli, valideyn və ya qohumlarla ünsiyyətdə olmaq üçün münasib gündür. Yeganə müzakirə edilməsi məsləhət olmayan maliyyə məsələləri və ya alış-veriş planlaşdırılmasıdır.
TƏRƏZI
Ehtimal ki, maliyyə işləriniz qaydasına düşəcək, yaxud da borcunuz qaytarılacaq. Uzağa gedən planlar qurmayın. Yaxşı olar ki, gündəlik işlərinizi görəsiniz. Ünsiyyət üçün münasib gün deyil.
ƏQRƏB
Bugünkü işinizdən zövq alacaqsınız. Böyüklərin məsləhətinə qulaq asın, faydasını görəcəksiniz. Günün maliyyə mənzərəsi isə yaxşı olmayacaq. Pul, əmlak bölüşdürülməsi, böyük məbləğli alış-veriş etmək üçün münasib gün deyil.
OXATAN
Maraqlı təklif alacağınız ehtimal olunur. Prestij mövzusu sizin üçün ön plana keçəcək, maddiyyat isə az maraqlandıracaq. Bu isə başqasının əli ilə özünə gün ağlayanların işinə yarayır. Ünsiyyət dairənizi dəyişəcəksiniz.
OĞLAQ
Maddi durumunuz yaxşılaşacaq. Ya əmək haqqınız artacaq, ya da gəlirli əməkdaşlığa başlayacaqsınız. Ehtimal ki, xoşbəxt olmanız mümkün olan şəxslə qarşılaşacaqsınız. Bizneslə məşğul olanların yeni bazarlara çıxmaq şansı olacaq.
DOLÇA
Bu gün qoyulmuş qaydaları pozacaqsınız. Yaxınlarla yaxşı dil tapmaqla sevinc və kədərinizi paylaşacaqsınız. Yeni tanışlıq üçün də əlverişli gündür.
BALIQLAR
Keçmişi analiz edin ki, harada yanlışlığa yol verdiyinizi biləsiniz və bu gün üçün həmin səhvləri təkrar etməyin. Ailədə fikir ayrılığı yaşanacaq. Öz mövqeyinizi səbirlə müdafiə edin, onda ailə münaqişəsinin yaranmasına əsas verməyəcksiniz.