Azərbaycan ordusunun Şuşa ətrafında mövqeləri atəşə tutulub

Azərbaycan Müdafiə Nazirliyi (MN) bildirir ki, mövqeləri atəşə tutulub.

Məlumata görə, Ermənistan silahlı qüvvələri avqustun 12-si saat 21:26-da mövqelərindən Laçın rayonunun Qarıqışlaq yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

“Avqustun 13-ü saat 02:30-dan etibarən isə Azərbaycan ordusunun Füzuli rayonunun Yuxarı Veysəlli, Xocalı rayonunun Sığnaq yaşayış məntəqələri və Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulub. Bu istiqamətlərə atəş Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılıb”, – məlumatda vurğulanır.

Açıqlamaya görə, Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Bu məlumata, hələlik, Ermənistan tərəfinin münasibəti bəlli deyil.

Azadlıq radiosu