Azərbaycan Kəlbəcərdə mövqelərinin vurulduğunu deyir

Azərbaycan Kəlbəcərdə mövqelərinin vurulduğunu deyir

Azərbaycan Kəlbəcər istiqamətində mövqelərinin vurulduğunu deyir.

Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi bu gün, avqustun 11-i, saat 10:30 radələrində məlumat yayıb.

Həmin məlumata görə, avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələri öz mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub: “Azərbaycan ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”.

Bu məlumata, hələlik, Ermənistan tərəfdən münasibət bəlli deyil.

Azadlıq radiosu