Türkiyə sahillərində gəmi batdı, 12 heyət üzvü itkin düşdü

Gəminin kömür daşıdığı bildirilir

Türkiyə sahillərində yük gəmisi batıb. Hadisə nəticəsində gəmi heyətinin 12 üzvü itkin düşüb. Məlumata görə, kömür daşıyan gəmi İstanbul yaxınlığında batıb. Məlumata görə, son olaraq gəmi kapitanı şiddətli fırtınaya məruz qaldıqları haqqında məlumat verib. Sinoptiklər xəbərdarlıq edirlər ki, qeyri-sabit hava şəraiti bütün həftə boyunca davam edəcək