heyder-heykel-ortuk

Heydər Əliyevin Meksikadakı heykəli qaraya büründü

heyder-heykel-ortukMexikoda “diktatorun heykəlinə etiraz” kampaniyası davam edir

Mexikoda  «Article 19» beynəlxalq təşkilatının fəalları Azərbaycanın eks prezidenti Heydər Əliyevin heykəlinin üstünə qara örtük atıblar. Bununla da onlar Azərbaycanda söz azadlığının boğulmasına, hüquq müdafiəçiləri və jurnalitslərin həbsinə etiraz ediblər.
Bundan əlavə fəallar heykəlin aşağı hissəsinə löhvə yerləşdirərək ora «Azərbaycandan kənarda səxavətlisiniz, ölkə daxilində isə tənqidçilər həbsə atılır» yazıblar.
Xatırladaq ki, Meksikanın paytaxtında Heydər Əliyevin heykəlinin qoyulması şəhər əhalisinin narazılığına səbəb olub. Azərbaycan Mexikoda iki parkın təmirinə 5 mln. ABŞ dolları xərcləyib, bundan sonra heykəlin parklardan birində qoyulmsına icazə alıb.
Artıq Mexikoda heykələ qarşı bir neçə etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları “Meksika xalqının qəhrəmanlarının yanında min kilometrlə aralıda yerləşən ölkənin diktatorunun heykəlini görmək istəmədiklərini” dilə gətiriblər. Nəticədə xüsusi yaradılmış komissiya Mexiko rəhbərliyinə Heydər Əliyevin heykəlinin qoyulmasına icazə verməklə səhv etdiyini bildirib. Komissiya heykəlin götürülməsi haqda qərar verib.

Fizzə