{jcomments off}Bir neçə gün bundan öncə Bakıda qonaq olan Türkiyənin tanınmış kino ulduzu Türkan Şoray Azərbaycanın xalq artisti Zeynəb Xanlarova ilə görüşmək arzusunda olduğunu bildirmişdi.
Lent.az-ın Türkiyənin TMB kanalına istinadən verdiyi məlumata görə, Türkan Şoray Bakıda olarkən bu görüş gerçəkləşib.
Məlumata görə, olduqca isti münasibətdə olan hər iki tanınmış sima görüşərək səmimi söhbət ediblər. Görüş zamanı Zeynəb Xanlarova türkiyəli aktrisanın barmağına brilyant qaşlarla bəzədilmiş üzük taxıb.
Daha sonra Türkan Şoray yeni işıq üzü görən kitabını öz imzası ilə Zeynəb Xanlarovaya hədiyyə edir.
Zeynəb Xanlarova Türkan Şoray üçün “Sən gəlməz oldun” mahnısını ifa edib.