
Rusiyanın Aşqabaddakı səfiri Türkmənistandan Avropaya Xəzər dənizinin dibiylə boru kəmərinin çəkilişi planlarını “Qərbin siyasi layihəsi” adlandırıb.
Onun təbirincə, bu layihə Avropanın enerji təhlükəsizliyini təmin etməyəcək, lakin siyasi gərginliyə səbəb ola bilər, Frans Press agentliyi yazır.
“Transxəzər kəmərinin Avropanın enerji təhlükəsizliyinə heç bir faydası olmayacaq”, Rusiyanın Türkmənistandakı səfiri Aleksandr Bloxin Aşğabadda keçirdiyi nadir birifinqlərdən sonuncusunda deyib.
Rusiyalı diplomatın təbirincə, Transxəzər boru kəmərinin 10 milyard kub metrlik tutumu Avropanın istehlak etdiyi qaz həcmlərilə müqayisədə cüzidir, bu səbəbdən də, Bloxin hesab edir ki, layihə iqtisadiyyatdan daha çox siyasətlə bağlıdır.
Transxəzər boru kəməri layihəsi Türkmənistandan Xəzərin dibilə Azərbaycana çəkiləcək boru kəmərinin digər boru kəmərlərinə, o cümlədən, Rusiyanın Cənub axını layihəsinə rəqib sayılan Nabucco boru kəmərinə də birləşəcəyini nəzərdə tutur.
Frans Press qeyd edir ki, Rusiya əvvəldən bu layihəni tənqid edərək, onu Qərbin Xəzər regionuna müdaxiləsi kimi qiymətləndirib.
Moskva eləcədə qeyd edir ki, bu kəmər ekologiyası artıq zədələnmiş qapalı Xəzər regionu üçün təhlükə mənbəyinə çevriləcək.
Aleksand Bloxinin təbirincə, Transxəzər layihəsinə dair qərarın qəbul edilməsində Rusiya, İran və Qazaxıstan da daxil olmaqla beş Xəzəryanı dövlət iştirak etməlidir.
“Əks halda Xəzər hövzəsində tam dərəbəylik olacaq… və daha bir gərginlik ocağı yaranacaq”, – Bloxin deyib.
Avriopa İttifaqı Transxəzər layihəsilə bağlı danışıqları dəstəkləyir və bu layihə sayəsində Rusiyadan qaz asılılığını azaldacağına ümid edir.
Transxəzər layihəsi eləcə də ABŞ tərəfindən də dəstəklənir. ABŞ Dövlət Departamenti rəsmisi Lynne Tracy ötən ay Aşğabadda keçirilmiş konfransda bildirirb ki, Transxəzər qaz kəmərinin reallaşması üçün yalnız Türkmənistan və Azərbaycanın razılığı lazımdır.
May ayında Türkmənistan Hindistan və Pakistanla Əfqanıstan üzərindən keçəcək TAPİ kəmərinin tikilməsi layihəsinə dair razılaşma imzalamışdır.


