İtaliya və Rusiya futbolunda korrupsiya

İtaliyanın A seriyası və Rusiyanın premyer-liqası ən çox korrupsiyaya uğrayan çempionatlardı. SportRadar agentliyi Avropada ən çox korrupsiyaya uğrayan çempionatların reytinqini tərtib edib. Əsas kimi son üç ilin nəticələri götürülüb. Bu siyahıda liderlik Albaniyaya məxsusdur. 2009-cu ilin iyun ayından 2012-ci ilin noyabrına qədər ekspertlər nəticəsi qeyri-şəffaf yolla müəyyənləşən 97 oyun ortaya çıxarıb. Antireytinqdə 70 belə oyunla ikinci yeri İtaliya, 66 oyunla Moldova tutur. Rusiya 42 oyunla 6-cı yerdədir. Maraqlıdır ki, Ukrayna çempionatı bu siyahıya düşməyib. 

İlk onluq isə belədir:

1. Albaniya– 97 oyun

2. İtaliya – 70

3. Moldova – 66

4. Estoniya – 46

5. Yunanıstan – 45

6. Rusiya – 42

7. Makedoniya – 37

8. Bolqarıstan – 35

9. Latviya– 31

10. Litva – 31

 

“Azadlıq.info”