Bu gün Bakıda Türkiyə-Uels futbol matçıdır: stadionun ətrafında yollar bağlanır

Bakıda futbol oyununa görə stadionun ətrafında hərəkət məhdudlaşdırlır, Cenevrədə Putin-Biden danışıqları başlayır,”İstiqlalçı deputat” İbrahim İbrahimli vəfat edib, Rusiyalı sülhməramlılar Qarabağda su çəkirlər, Levon Ter-Petrosyan deyib ki, Azərbaycanla müharibə təhlükəsi yoxdur, Recep Tayyip Erdoğan Milli Məclisdə çıxış edəcək – daha ətraflı BBC News Azərbaycancanın icmalında.

Bu gün axşam Bakı Olimpiya stadionunda AVRO-2020 futbol çempionatının Türkiyə-Uels oyunu ilə əlaqədar məkanın ətrafında yollar bağlanacaq. Futbol oyununu Azərbaycan və Türkiyə prezidentləri də birgə izləyəcək.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) bildirib ki, Olimpiya stadionu və ona bitişik ərazidən keçən avtomobill yollarında hərəkətə tam məhdudiyyət qoyulub. Həmin ərazilər polis nəzarətinə götürülüb.

“Olimpiya stadionu və ya Böyükşor bulvarı istiqamətində olan Ziya Bünyadov prospekti ilə kəsişən 9-cu Köndələn və X.R.Ulutürk küçələrindən, eləcə də H.Əliyev prospektilə 3 saylı Asan Xidmət yanından və Hava Limanından mərkəzə doğru H.Əliyev prospektindən Olimpiya stadionunun əsas giriş qapısı istiqamətinə avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur”, – Bakı Şəhər Dövlət Yol Polisi bəyan edib.REKLAM

Rəsmi qrumlar stadiona aparılması üçün xüsusi nəzərdə tutulan ekspress marşrutlardan istifadə olunacağını, əhalinin isə ictimai nəqliyyatdan istifadəsini tövsiyə edib.

Yerli polis bildirib ki, futbol azarkeşləri metronun Qara Qarayev stansiyasının yaxınlığından və Səməd Vurğun adına parkın qarşısından ekspress avtobuslarla stadiona gedə bilərlər. Stadiona piyada getmək istəyənlər isə Koroğlu metrostansiyasından istifadə edə bilərlər.

Bbc.com