“İran üçün müzakirə pəncərəsi sonsuza qədər açıq olmayacaq”

“İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq lazımdır”. Bunu ABŞ-ın dövlət katibi Hillari Klinton deyib. O bildirib ki, İranın nüvə silahına sahib olması yalnız İsrail deyil, bütün dünya üçün təhlükə yaradacaq. H. Klinton İrana təzyiqin artırılması istiqamətində ABŞ-ın son illərdəki səylərinə toxunaraq, bununla bağlı beynəlxalq aləmdə indiyədək görünməmiş bir konsensus əldə etdiklərini söyləyib: “İrandan ən çox neft idxal edən Türkiyə, Yaponiya, Hindistan və Çin də daxil olmaqla 20 ölkə Tehrandan neft idxalını ciddi şəkildə azaldıb. Bu təzyiqlər həqiqidir və davam da etdiriləcək. İran üçün müzakirə pəncərəsi sonsuza qədər açıq olmayacaq”.(APA)