Siyəzəndə ağır yol qəzası: 1 ölü, 3 yaralı

“Moskviç”lə “Niva” markalı avtomobillər toqquşub

Siyəzən rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Siyəzən rayon polis şöbəsinin müstəntiqi Şahsuvar Əliyevin ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, hadisə bu gün səhər saat 09:15 radələrində Qarabulaq kəndində baş verib.

Belə ki, 24 yaşlı Etibar Sabir oğlu Qəniyevin idarə etdiyi “Moskviç” markalı maşınla 28 yaşlı Əhəd Hacıdədə oğlu Allahverdiyevin idarə etdiyi “Niva” markalı avtomobi ltoqquşub. Nəticədə “Moskviç” markalı maşında olan sərnişin 23 yaşlı Anar Azər oğlu Hacıyev ölüb. Bundan başqa, hər iki maşının sürücüsü və “Niva”da olan sərnişin 21 yaşlı Natiq Ağayev ağır yaralanıb. Hər 3 yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.