Səbuhi Rəhimlinin, Zirəddinin və Dilqəm Əhmədin haqqına girərək təxminən bir il əvvəl mən də münnəcimlik etmişdim. Yanvarda yazdım ki, tezliklə istedadlı, aktyorÿIlqar Cahangiri işdən qovacaqlar.
Bu yazımdan sonra ona 10 ay dözə bildilər. Ilqarın günahı isə az deyildi. Dünən onun qovulduğunu eşitdim. Təəssüfləndimmi? Yox. Necə demişlər: “Vicdansız hakimiyyət zamanı vicdanlı adamın yeri həbsxanadır”.
Ilqar bəy məbədgahda “baş bütə” qarşı çıxırdı.
Ilqar bəyi bu gün-sabah dəmir barmaqlıqlar arxasında salamlaya da bilərik!
Amma dayanın, bir daha Səbuhi və Dilqəm bəylərin haqqına girib münnəcimlik edim: 1 il keçməyəcəyik ki, biz zindanlarda bugünkü hakimiyyətdəkiləri görəcəyik.
Qəzan mübarək igid Ilqar!
Ilqar bəy haqqındakı qeydlərimi isə yenidən təkrarlamağı vacib sayıram.
“Gənc Tamaşaçılar Teatrının aktyoru Ilqar Cahangirovun ”Azadlıq” radiosunda çılpaq həqiqətləri dilə gətirməsi günümüzün ən vacib olaylarındandır. Ilqar bəy əsl ziyalı mövqeyi ilə bizi sevindirdi. O, teatrlarda Ilham Əliyevə pərəstiş kabusunun dolaşdığını, ölkənin mədəni halını gücləndirəcək qurumun daxilən deformasiya etdiyini açıq mətnlə dilə gətirdi. Ilqar bəy 2-3 ildir 3-4 teatrın təmir olunub xalqın gözündə yaradılan “mədəniyyət ocaqlarımız inkişafdadır” görüntüsünün reallıqda “üstü bəzək, altı təzək” olduğunu ifşa etdi. Sağ olsun!
Əlbəttə, yaxın günlər Ilqar müəllimə xoş anlar vəd etmir. Yəqin, onu da “işə səhlənkar münasibətinə görə” qovacaqlar. Olsun, işi həmişə tapmaq olur, ancaq belə nümunələri həmişə yaratmaq mümkün deyil. Ölkənin mədəniyyət sektorundan bu cür etirazçı səsin gəlməsinə çox həsrət idik…
Mən həmişə bir məsələyə təəccüblənirdim: axı bu adamlar zülm-zillət içində yaşarkən, nə üçün bu qədər üzüyola olsunlar?
Elə keçən həftə Gənc Tamaşaçılar Teatrında tamaşadaydım. “Şeyx Sənan”a baxmağa gələnlər heç zalın üçdə ikisini doldurmamışdı. Mənim ürəyim ağrımışdı. Axı, bu əmək sərf olunan tamaşaya insanlarımız necə laqeyd qala bilərdilər, deyə düşünmüşdüm. Amma indi hər şey aydındır. Cəmiyyət sənət adamlarımızı əvvəlcə şəxsiyyət kimi tanımaq istəyir. Mənim sarsılmaz inamım belədir: ictimai dəyəri və mövqeyi olmayan insan səhnədə Qırat kimi kişnəsə də, xeyri yoxdur, o, alqış üzünə həsrət qalacaq. Dörd bir yanında cövlan edən şərə, ədalətsizliyə susub, səhnədə ədalət uğrunda qılınc çalmaq çox gülməlidir…
General Usubovu bunlar düşündürürmü?
“Azadlıq” qəzetində bir xəbər getmişdi. Ilham Əliyevin baş cangüdəni Bəylər Əyyubovun qardaşı oğlu Robert şəhərin mərkəzində 4-5 polisi təpikləmişdi, yazmışdılar.
Yada salım, Robert təxminən ilyarım əvvəl general Usubovun yeznəsini də ağzından güllələmişdi. O zaman DIN rəsmi açıqlama verdi ki, guya güllə yeznənin öz əlində açılıb-filan. Əlbəttə, buna heç kim inanmadı.
Nəsə, mözvu başqadır. Mən xəbərin altına yazılan şərhləri oxudum. Allah, Allah.
Insanlar polisə “itin sözünü” yazmışdı.
Düşünürsünüzmü? Polis vətəndaşı qoruyan bir qurumdur. Onu döyüblər. Özü də kim döyüb? Xalq arasında reputasiyası mənfi olan bir insanın qardaşı oğlu. Sirr deyil ki, Bəylər Əyyubov və onun qohumuna insanlar sayğı bəsləmir.
Amma iş görün hansı həddə çatıb ki, insanlar hətta Roberti də polisi döydüyünə görə alqışlayır. Ona qurban kəsməyə hazırdır.
Mən Ramil müəllimin yerinə olsam, düşünərəm: Əcaba, insanlar bu qədər mənfi reputasiyalı birinin polisi əzişdirməsinə sevinirsə, işdir bir gün elə bu xalqın bağrından çıxan, bu xalqın dərdi ilə kədərlənən, sevinci ilə şadlanan biri hər şeyə tüpürüb “cinəətkar dəstə” yaratsa və hüquq-mühafizə orqanlarına qarşı mübarizəyə başlasa, necə olacaq? Xalq o adamı milli qəhrəman etməyəcəkmi?
“Jalə” insanı necə dəyişir?
Hacı Ilqar Ibrahimoğlu barədə “onu Biləcəridən o tərəfdə heç kim tanımır” deyən bir Cümşüd Nuriyev var…
1997-ci il. Qarabağ rayonunun Sahil qəsəbəsi. “Müsavat”ın yerli təşkilatının ofisinin önündəki divara “Yeni Müsavat”ı vururdular. Gənc Natiq bir gün orda onu çox təsirləndirən məqalə oxuyur.
Keçmiş Gömürük komitə rəhbəri Cümşüd Nuriyev qəzetdə müsahibəsində gələcəklə bağlı narahatlığını dilə gətirir və deyir ki, iki qızının taleyi onu çox düşündürü, çünki həm kasıbdır, həm də zəmanə xarab olub.
Bu yazının təsirindən çıxanda Natiq gözünü açıb Cümşüdü Kəmaləddin Heydərovun “cibində” “Jalə” içən gördü. Ondan sonra onun Hacı Ilqar və ya başqaları haqqında nəsə deməsinə sadəcə gülür.

Aktyorun qətli
•