Cümə günü ABŞ Senatı İrana qarşı yeni ticarət sanksiyalarını təsdiq edib.
Sanksiyalar çərçivəsində İranın energetika sənayesi ilə əməkdaşlıq edən şirkət və ölkələrə, həmçinin əməliyyatları həyata keçirmək üçün nəqliyyat imkanı yaradan ölkələrin gəmiqayırma və gəmiçilik şirkətlərinə qarşı qaydalar sərtləşdiriləcək.
Yeni sanksiyalara İrandan neft alışını azaldan və əvvəl qəbul edilən sanksiyalara riayət edilməsindən azad edilən ölkələrə aid edilməyəcək.
Sanksiyaların genişlənməsinə daha çox yahudi lobbisi səy göstərirdi. Hələlik sanksiyaların genişlənməsinin İranın nüvə proqramını zəiflətmək yaxud dayandırmaq gücündə olacağını demək çətindir.
Azadlıq.info


