Noyabrın 30-da Prezident İlham Əliyev Məhərrəm Əliyevi prezidentin müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri vəzifəsinə təyin edib. Prezident başqa sərəncamla ona general-leytenant hərbi rütbəsi verib və bununla da Məhərrəm Əliyev həqiqi hərbi xidmətə qəbul edilib.
Məhərrəm Əliyev uzun illər Bakı şəhər Baş Polis İdarəsinin rəisi olub. Bu vəzifədən azad edildikdən sonra Tacikistanda səfir işləyib.
İlham Əliyev başqa bir sərəncam da verib. Vahid Əliyev Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib
“azadliqradiosu”


