Misirin Konstitusiya Assambleyası konstitusiya layihəsi üzərindəki işini başa vurub.
Layihə bu gün prezident Məhəmməd Mursiyə təqdim olunacaq. M.Mursi layihəni təsdiq etdikdən sonra ölkədə referendum keçiriləcək.
Reuters agentliyinin məlumatına görə, konstitusiya layihəsində prezidentin iki dəfədən çox 4 illik müddətə seçilməsi nəzərdə tutulur. Müharibə elan olunan zaman prezident parlamentin və Milli Müdafiə Şurasının dəstəyini almalıdır. Bundan başqa, yeni konstitusiyada Hüsni Mübarəkin dövründə olduğu kimi şəriət qaydaları ölkə qanunvericiliyində əsas təşkil edir.
Qeyd edək ki, son dövrlər Misirdə prezidentin səlahiyyətlərinin genişləndirilməsinə qarşı etiraz aksiyaları keçirilir.


