asad-aliyev

Azərbaycan vasitəsilə Suriyaya silah daşınır

asad-aliyev«Time» jurnalı Bəşər Əsədi silahla təmin edən gizli marşrutu açıqladı

ABŞ-ın “Time” jurnalı Suriya Xarici Işlər Nazirliyindən hakerlər vasitəsilə oğurlanmış sənədlərə istinad edərək, sensasion məlumat yayıb. Məlumatda bildirilir ki, Rusiya Bəşər Əsəd ordusunu silah-sursatla təmin etmək üçün gizli hava marşrutu seçib və həmin marşrut da Azərbaycandan keçir.
“Noyabrın 27-də ”youtube”da yeni bir video yayımlandı. Həmin videoda Rusiya istehsalı olan Suriya hərbi vertolyotunu üsyançıların vurduğu açıq-aşkar görünürdü. Bu hadisə göstərir ki, üsyançıların əlində Bəşər Əsədin bu cür maşınlarını vurmaq imkanı var.
Indi bəlli olub ki, Rusiya Bəşər Əsədə daha yaxşı uçuş maşınları göndərir. Bir neçə gün əvvəl “Anonymous” haker qrupu Suriya Xarici Işlər Nazirliyinin məlumat bazasından mühüm əhəmiyyətli materiallar oğurlaya bilib. Bu sənədlərdən birində göstərilib ki, Moskvadan Dəməşqə 240 ton ağırlığında yeni çap olunmuş Suriya valyutası göndərilib.
Başqa bir sənəddə Rusiyadan Suriyaya yenicə təmir olunmuş vertolyotların göndərilməsindən söhbət gedir.
Ingilis dilində olan bu sənədlər təmir olunmuş vertolyotun birinin noyabrın 21-də, digərinin 28-də göndərildiyini, daha bir neçəsinin isə dekabrın 1-də göndəriləcəyini göstərir.
Sənəddən belə məlum olur ki, Rusiyadan Suriyaya gətirilən yüklər üçün vəsait nəğd şəkildə ödənilib. O da qeyd edilib ki, Suriyaya silah embarqosu tətbiq edən ölkələrin hava məkanından istifadə etmək təhlükəli olduğundan daha təhlükəsiz hava məkanı marşrutu seçilməlidir. Rusiyadan Suriyaya yüklər Iran, Iraq və Azərbaycanın hava məkanından istifadə etməklə danışır”, – deyə “Time” jurnalında bildirilir.

Informasiya şöbəsi