
Ələsgər Əhməd
Prezident təqaüdündən imtina edirəm.
Pafoslu.
Bu yaxınlarda Azərbaycan Yazıçılar Birliyi (AYB) tərəfindən mənə prezident təqaüdü yazılmışdı. İlk öncə qəbul etməyi düşünürdün, çünki Azərbaycanlı bir şairin maddi vəziyyəti çox da yaxşı olmur deməyək, ümumiyyətlə olmur. Ancaq ki, mənim yazı tərzim, üslubum buna imkan vermir. Pulqabım ha 200 manata qaçsın, amma şair fitrətimdən “qabında nə var?” soruşulsa, 200 manat yoxdur deməlidir. Mən üsyankaramsa, bəşəri şeirə önəm verirəmsə, sistematik köləliyə uyğunlaşa bilmərəm. Yəni, dünya şeir çərçivəsində azaddırsa, mən də o qədər azad olmalıyam. Pulu alıb, yenə eyni əqidədə yaza bilərdim, amma oxucu səmimi qəbul etməz, axı. Asılı qalmaq istəmirəm, son yazacağım şeirə qədər ac qalsam belə, istədiyim şeiri yazacağam. Nə təqaüd, nə üzvlük barədə müraciət etməmişəm. Mənim yaradıcılığıma görə vermək istəyiblər, amma mən almaq istəmirəm. Qəbul edib, imtina etməyim isə digərlərinə çağırış idi, ayılın. Sınmayın, sınayın. Təbii ki, yalançı təriflərin, yaltaqlıqların qurbanı olanlar, yenə də öz söz yığını şeirlərini yazıb, baş əyə bilərlər.
Mən heç vaxt qandan yoğrulmuş çörək yeməyəcəm.
Uzun sözün qısası: Prezident təqaüdündən də, üzvlükdən də imtina edirəm. Oxucu da artıq öz mövqeyinə uyğun şairi seçməlidir.