“Mərkəz” qəzetinin əmək haqqını ala bilməyən əməkdaşları aksiyaya hazırlaşır.
AzNews.az-ın əldə etdiyi məlumata görə, dünən jurnalistlərin maaş ala bilməməsi səbəbindən “qiyam” qaldırdıqları barədə məlumat yayıldıqdan sonra keçmiş millət vəkili Gülər Əhmədova redaksiyaya cüzi miqdarda pul göndərib: “Dünən axşam məlumat yayıldıqdan sonra hər əməkdaşa 100-200 manat pul ödənilib. Amma bu onların alacağı əmək haqqının çox az hissəsi olduğundan əməkdaşlar bu gün yenə Hökumət Evinə gələrək pulların ödənilməsini tələb edirlər”.
Məlumata görə, gecikmiş əmək haqları ödənilməyəcəyi təqdirdə Hökumət Evi qarşısında aksiya keçirmək planlaşdırılır: ““Mərkəz”in əməkdaşları həmçinin həmkarlarına, jurnalistlərin hüquqlarını müdafiə komitələrinə, həmkarlar ittifaqlarına müraciət edərək dəstək istəyəcəklər”.


