«Washington Post»un məqaləsi İvanişivlini özündən çıxarıb

Gürcüstanın yeni baş naziri Bidzina İvanişivli «Washington Post» qəzetinin Gürcüstan hakimiyyətinin ünvanına tənqidlərin yer aldığı məqaləsindən narazıdır.
Bu haqda “Qruziya Online” məlumat yayıb. Gürcüstan hökuməti barədə tənqidi məqalə noyabrın 28-də dərc edilib. İvanişvili “Georgia’s government takes a wrong turn” (Gürcüstan hökuməti yanlış tərəfə dönür) məqalənin Saakaşvilinin diqtəsi ilə yazıldığını iddia edərək prezidentin ətrafının onun bərasində həcvlər yaydığını bildirib. Baş nazir hətta qəzetlə əlaqə saxlayaraq nəyin əsasında onların belə bir nəticəyə gəldiyini soruşacaqlarını da deyib. 
Məqalədə Gürcüstanın hakimiyyət dəyişikliyindən sonra Ukraynanın yolu ilə gedə biləcəyinə dair narahatçılıq da dilə gətirilir. Daha sonra qeyd olunur ki, «yeni rejimin» hərəkətləri bu suala cavab hesab oluna bilər.
Qəzet Gürcüstanın hazırki hökumətinin üzvlərinin cinayət fəaliyyətinin olduğunu da ehtimal edir.
Qəzet həmçinin yazır: «Baş nazir olan maqnat ABŞ-a rəsmi səfərini təxirə saldığını bəyan edib. Yaxşı ki, belə oldu. Gürcüstanın yeni lideri Vaşinqtonda qarşılanmamalıdır. Çünki o müxalifət liderlərini həbsə atır və hakimiyyəti inhisara almaq istəyir».

Azadlıq.info