Bakıdan Meksikaya nümayəndə gedir

Milli Məclis sədrinin müavini, təbii ehtiyatlar, energetika  və ekologiya  komitəsinin  sədri Valeh Ələsgərov Meksika Birləşmiş  Ştatlarının  yeni seçilmiş prezidenti Enrike Penya Nietonun andiçmə  mərasimində iştirak etmək üçün  noyabrın 29-da  bu ölkəyə  səfər edəcək.  Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb. Məlumata görə,  vitse-spiker  paytaxt Mexiko şəhərində keçiriləcək mərasimə qatılacaq, dost Meksika xalqının rifahı naminə qarşıdakı fəaliyyətində yeni prezidentə arzularını çatdıracaq.
Səfər dekabrın 4-də  başa çatacaq.