Moskva şəhər meriyası paytaxtın Köhnə Moskva dairəsində yerləşən Nikitinski bulvar küçəsində 5 ulduzlu otelin tikintisinə icazə verib. Rusiya KİV-in verdiyi məlumata görə, tikintini Telman İsmayılovun sahibi olduğu AST Şirkətlər Qrupu aparacaq.
Xatırladaq ki, adıgedən ərazidə yaşayan köhnə moskvalılar şəhərin memarlığına zərər gətirəcəyinə görə, Nikitinski bulvarda hündür mərtəbəli binanın tikintisinə imkan vermirdilər. Görünür, Moskva meriyası şəhər ictimaiyyəti ilə kompromisa gəlib: adı gedən küçədə 6 mərtəbəli 5 ulduzlu otel tikiləcək.
Tikintini AST Şirkətlər Qrupunun həyata keçirməsi də maraqlı məqamlardandır. Çünki bir neçə il əvvəl rəsmi Kreml Telman İsmayılovu arzuolunmaz şəxs elan etmişdi. İsmayılova məxsus “Çerkizova” bazarı bağlandıqdan sonra onun Moskvadakı digər biznes strukturlarına, eləcə də məşhur “Praqa” restoranına əl qoyulmuşdu (Lent.az).