Diplomat təhlükəsizlik qüvvələrinin formasını geyinmiş silahlılar tərəfindən öldürülüb.
Yəmənin paytaxtı Səna şəhərində Səudiyyə Ərəbistanından olan diplomat güllələnib. Bu barədə Trend “əl-Ərəbiyyə” telekanalına istinadən məlumat verir.
Telekanalın müxbirinin sözlərinə görə, diplomat təhlükəsizlik qüvvələrinin formasını geyinmiş silahlılar tərəfindən öldürülüb.
Hadisənin digər təfərrüatları hələlik müəyyənləşdirilməyib.


