Türkan Şorayın səhhəti Bakıda pisləşdi

Bakıda keçirilən İstedadlı və yaradıcı gənclərin II Respublika Toplantısına qatılan türk aktrisası Türkan Şorayın səhhətində problem yaranıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, canlı əfsanənin yerli jurnalistlər bu günə nəzərdə tutulan görüşü baş tutmayacaq.

Belə ki, 27 noyabrda saat 12.00-da “Mariot Abşeron” mehmanxanasında mətbuat konfransı keçirməli idi. Nazirlik əvvəlcə bütün media nümayəndələrini konfransa dəvət də edib.

Lakin noyabrın 26-da gecə saatlarında nazirliyinin mətbuat xidməti tədbirin təxirə salınması ilə bağlı məlumat yayıb.

Qeyd edək ki, Türkan Şorayın şəhərimizə səfərinin məqsədi noyabrın 26-dan 30-dək Bakıda keçirilən istedadlı və yaradıcı gənclərin II Respublika Toplantısında iştitakıdır.