Bir müddət əvvəl Milli Məclisi “zooparka” bənzədən politoloq, “Respublikaçı Alternativ” (ReAL) Hərəkatının sədri Ilqar Məmmədov deputatların məhkəmə hədələrindən çəkinməyib.
Moderator.az-ın məlumatına görə, Ilqar Məmmədov “facebook” səhifəsində yenidən bu mövzuya toxunub: “Deyəsən ”zoopark”ın sahibi o 44 deputata əmr verdi ki, dinc oturun, Ilqarı məhkəməyə-zada verməyin. Yoxsa əvvəl-əvvəl alov püskürürdülər – Hadı Rəcəbli, Siyavuş Novruzov, Fəzail Ağamalı, Adil Əliyev, Cavanşir Paşazadə və s. “məhkəmə şikayətçiləri”… Bəzi adamlarsa elə bildi ki, Ilqar artıq həbsxanadadır, küçədə saxlayıb soruşurdular ki, bəs “Sizi nə tez buraxdılar?”