Onların arasındakı konfliktin kökündə əsasən Nadir Səlifovun «ad» məsələsinin dayandığı bildirilir
Kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovun vəkili Təranə Əliyeva müvəkkilinə qarşı həbsxanada mənfi münasibət “Rövşən Lənkəranski” kimi tanınan “qanuni oğru” Rövşən Canıyevdən qaynaqlanır: “Rövşəni həbs edib bura gətirəndən sonra Nadir bizə dedi ki, onu buraxacaqlar. Dedik ola bilməz. Onun üstündə ağır maddələr var. Amma məhkəmə onu zaldan azadlığa buraxdı…
Nadir “Bandotdel”də olarkən ona demişdilər ki, sənin problemlərinin hamısı Rövşənlə yaxşı olmayan münasibətlərinin nəticəsidir. Üstəlik Rövşənin münasibəti ilə oradakıların mövqeyi də üst-üstə düşürdü. Kimsə Nadirin həbsdə qalması üçün böyük pullar ödəyir. Rövşən isə axtarışda ola-ola hava limanı vasitəsi ilə ölkəyə gəlir, onu qarşılayıb-yola salırdılar. Bu onu göstərir ki, müəyyən yüksək vəzifəli məmurlar onun arxasında dayanır, hətta söhbət var ki, ona görə dayanırlar ki, onların narkotik biznesinə “krışalıq” edir”…
…Fakt odur ki, Nadiri kimlərinsə istəyi ilə həbsdə saxlayırlar. O da deyir ki, məni azad etsinlər, Azərbaycanda 1 saat belə qalmaram. Nadir etdiyi cinayətə görə kəsilən cəzanı çəkib. Hazırda o, etmədiyi cinayətlərə görə həbsdə saxlanılır. 16 ildir ki, xüsusi rejimdə saxlanır. Ona ümumilikdə 27 il cəza verilib. Ona qarşı addımları maliyyələşdirən də Rövşən Canıyevdir”.
Əldə etdiyimiz məlumatlara görə, Rövşən Canıyevlə Nadir Səlifov arasında həqiqətən konflikt var. Məlumatlarda iddia olunur ki, bu konfliktin kökündə Nadir Səlifovun ad məsələsi dayanır. Məsələ burasındadır ki, hələ də “Quli”nin “oğru” olub-olmaması hələ də krminal aləmdə mübahisə mövzusudur. Bir qrup “Quli”ni “oğru” hesab etmir. Onlar bir neçə il əvvəl Moskvada 9 “oğru”nun toplaşdığı “sxodka”da qəbul edilən qərarı əsas gətirirlər. Həmin qərar “Quli”dən “oğru” adının alınması barədə olub. Bu şifahi qərar yazılı formada Azərbaycanın əksər “zon”larına paylanılıb. Bundan sonra krminal aləmdə bir növ parçalanma yaranıb. “Quli” və tərəfdarları bu qərarı qəbul etmir. Onların fikrincə, kriminal aləm üçün bu cür mühüm məsələnin müzakirəsində “Quli” də iştirak etməli və “oğru” adının hansı səbəbdən ondan alınması izah edilməli idi. Lakin krminal aləmin əhəmiyyətli hissəsi həmin 9 “oğru”nun qərarını dəstəkləyir. Onların arqumenti isə budur ki, həmin 9 “oğru” kifayət qədər nüfuzlu və təcrübəlidir, ona görə də səhv qərar verməzlər. “Masallı Mamed”, “Sabirabadlı Hikmət” kimi nüfuzlu “oğru”ların iştirak etdiyi həmin “sxodka”nın qərarını “Rövşən Lənkəranski” də dəstəkləyir. Bəzi məlumatlarla görə, onun özü də bu “sxodka”da iştirak edib. Təbii ki, bu halda onunla “Quli” arasında münasibətlər korlanmalı idi. Digər tərəfdən kriminal aləmdə Gürcüstan klanı “Quli”ni “oğru” kimi qəbul edir. “Rövşən Lənkəranski”nin bu klanının ünlü simalarından sayılan “qanuni oğru” Aslan Usoyanla (“Ded Xasan”) problemi olduğu bildirilir. Hətta məlumatlara görə, “Ded Xasan”a qarşı sui-qəsd ediləndə o, bu məsələyə görə “Rövşən Lənkəranski”ni ittiham edib.
Namiq


