
Iqtisadçı Rövşən Ağayev
2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı 3 maraqlı məqam…
- Ştatda olan işçilərin əmək haqqı xərcləri proqnozdan 158 mln. manat az xərclənib – proqnozdan kəmnarlaşma təxminən -6%
- Büdcəyə proqnozlaşdırılanla müqayisədə: 84 milyon manat çox mənfəət vergisi, 153.5 mln. manat çox ƏDV toplamaq mümkün olub.
Proqnozdan artıq yığılan ƏDV-nin 67 mln. manatı gömrük, 86.5 mln. manatı isə vergiçilərin hesabına mümkün olub. Amma yenə də Amma 2019-a nisbətən azalma olub – mənfəət vergisində daxil olma 197 mln. manat, ƏDV-dən daxilolma isə 96 mln. manat azdır. - 2019-a nisbətən vergidə artım yalnız maaşlardan tutulan vergilərdə olub – təxminən 200 mln. manat. Dünən iqtisadi inkişaf naziri deyəndə ki, tarixdə ən yüksək məbləğdə (5.6 mlrd. manat) vergi toplanıb, düz deyirdi. 2019-la müqayisədə vergilər 160 mln. manat artıb. Həmin artım məhz fiziki şəxslərin gəıir vergisi hesabına olub.
Bu hissədə analizin aciz qaldığı bir məqam var: qeyri-neft özəl sektoru faktiki olaraq əmək haqqı vergisindən azaddır (8000 manata qədər vergi ödənmir). Maaş vergisini yalnız neft sektoru və dövlət müəssisələri ödəyir. Dövlət sektorunda da əsas yük büdcə təşkilatlarının üzərindədir. Çünki bilinən məlumatdır ki, dövlət sektorunda məşğulluğun ən azı 80%-ni büdcə işçiləri təmin edir.
İndi burda başqa maraqlı bir fakta diqqət edin və bu hissədən sürətlə keçməyin: 2019-da büdcə üzrə büdcə üzrə əmək haqqı xərcləri 4.1 mlrd. manat olduğu halda, 2020-ci ildə bu maddə üzrə təxminən 1.1 mlrd. manat azalma var.
Hər halda bu qədər vergi güzəştinin olduğu, büdcədə maaş xərclərinin 1.1 mlrd. ixtisar olunduğu halda, əmək haqqından gəlir vergisinin 200 mln. manat artımı son dərəcə diqqətçəkici bir faktdır…
Rəsmi izahı maraqla eşitmək istərdim..