Məmmədyarov türkiyəli modelyerə bahalı saat bağışlayıb (FOTO/VİDEO)

elmar memmedyarov2Xarici işlər nazirini Türkiyənin moda dünyası ilə nə bağlayır?

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov turkiyəli modelyer Barbaros Şansala bahalı saat bağışlayıb. Bunu modelyer Türkiyənin “Star” kanalında yayımlanan “Alişan və Sevcan” verilişində özü deyib.
Həmin verilişə qonaq çağırılan başqa bir türk sənətçisi Iden Çelikerin qolundakı bahalı saat aparıcıların diqqətini çəkib. Çelikər isə bildirib ki, saat ona məxsus deyil. O, saatını taxmağı unutduğunu, bu saatı isə səhnə arxasında Barbaros Şansaldan aldığını bildirib. Daha sonra səhnəyə çıxan Barbaros Şansal saat barədə danışıb. O bildirib ki, bu saatı ona Azərbaycanın xarici işlər naziri hədiyyə edib. Təəssüf ki, ekranda saatın markasını görmək mümkün deyil. Lakin saatın dərhal diqqət cəlb etməsi onun kifayət qədər bahalı olduğunu göstərir.

Verilişi izləmək üçün bura daxil ol (saat söhbəti 10:00-11:40 dəqiqələri arasındadır)

Informasiya şöbəsi