Moskvada qafqazlılar arasında atışma olub: ölən var

Atışmanın qafqazlılar arasında getdiyi bildirilib

Bir nəfər ölüb, ikisi yaralanıb

Moskvanın şimal-şərqində restoranlardan birinin yaxınlığında odlu silahdan atışma olub.

Lent.az-ın «BBC»-yə istina məlumatına görə, atışma qafqazlılar arasında baş verib. Nəticədə bir nəfər həlak olub, iki nəfər isə yaralanıb.

Hüquq –mühafizə orqanlarının açıqlamasına əsasən, restorana gələn arasında münaqişə yaranıb. Sonra əlbəyaxa dava olub. Mübahisə edənlər küçəyə çıxaraq, odlu silahdan biri-birinə atəş açıblar.

Hadisənin baş vermə səbəbləri uyğun qurumlar tərəfindən araşdırılır.