
Hadisə Rusiyanın Krasnodar diyarında baş verib
Rusiyanın Krasnodar diyarında neft məhsulları daşıyan 12 vaqon relsdən çıxıb. ANS PRESS-in Rusiya mətbuatına istinaddən verdiyi məlumata görə, vaqonlardan 6-sı yanıb.
65 sisterndən ibarətən karvanın digər vaqonlarını təhlükəsiz yerə aparmaq mümkün olub. Hadisənin Temruy rayonu Vışestebliyevsk dəmir yolu stansiyası yaxınlığında baş verdiyi bildirilir.
Hadisə nəticəsindən əhaliyə ziyan dəyməyib. Hadisə yerində yanğınsöndürənlər çalışır.


