«İran PKK-ya silah yollayırdı»

Bunu «PEJAK»-ın mühakimə olunan üzvü məhkəmədə deyib

Ərzurum ikinci ağır cinayətlərə dair məhkəmədə terrorçu PKK-nın İrandakı qolu, «PEJAK»-ın keçmiş üzvü Əhməd Güreşin cinayət işi ilə bağlı məhkəmə prosesi davam edir.

Lent.az-ın Türkiyə«NTV»-sinə istinadən məlumatına görə, o, 1990-cı illərdə İranın terrorçu PKK-ya etdiyi yardımlardan danışıb.

Güreşin sözlərinə görə, həmin illərdə PKK-çılar İslam Respublikasına gedərkən, qarşılanır, onlar üçün orada hazırlanmış qonaq evlərində qalırmışlar.

2005-ci ildə terrorçulardan ayrıldığını söyləyən Güreş deyib ki, bir çox hallarda İran terrorçu PKK-ya silah – sursatla da yardım edirdi.