Hüquq elmləri üzrə fəlsəfə doktoru
Elvar Mirzəoğlu
Pandemiyanın yaratdığı imkanlardan yararlanaraq demək olar ki, günümü-güzəranımı sosial şəbəkələrdə, xüsusilə feysbukda keçirirəm. Ölkəmizdə baş verən hadisələrdən müyyən qədər məlumatlıyam. İndi, məhz bu gün bizləri ən çox narahat edən şəhidlərimizin olması, qazilərimizin maddi durumu və onlara olan dövlət qayğısının keyfiyyətidir. Bunlar öz yerində, lakin, məni ən çox narahat edən işğalçı rus qoşunlarının gecəylə, Azərbaycana şığıması və Ordumuzun, qardaşlarımızın, övladlarımızın qələbəsini oğurlamasıdır. Bu həqiqətən də belədir, işğalçı rus, Azərbaycan xalqının qələbəsini oğurladı!
İndi biz nə etməliyik? Gözləməliyik ki, rus əsgəri hər gün erməni dığasına toy eləsin, onları Kəlbəcərdəki Alban məbədinə aparıb onlara xeyir-dua versin, yengəlik eləsin, məktəb tiksin, məktəbliləri dərs vəsaiti və geyimlə təmin etsin, hərbi təlimlər keçsin, meşə qardaşları adlı hərbi-quldur dəstələri düzəltsin, müasir texnikalarla təmin etsin, yeni binalar tiksin, hərbi kontenginentini artırsın, bizim əsgərlərə hücumlar etsin, əsir götürsün, götürdükləri əsirləri yandırsınlar, ermənilərlərlə öpüşmək, qucaqlaşmaq şəkilləri paylaşsınlar? Xeyir! Bunlara dözmək artıq mümkün deyil!
Əgər söhbət pandemiyadan gedirsə, Dağlıq Qarabağa rusların dəstəyi və köməkliyi ilə köçürülən ermənilər hər gün rus əsgərləri ilə bizim hisslərimizə hesablanmış tədbirlər keçirirlər. Niyə onlar COVİD-19-a yoluxmurlar? Və ya, hər gün Ermənistanda Paşinyan əleyhinə ruslar tərəfindən təşkil olunmuş mitinqlərdə minlərlə erməni iştirak edir, niyə onlar xəstələnmirlər? Amma bizə gələndə, hansısa ümumxalq mənafeyinə tövhə verə biləcək bir tədbir olanda bizə hər şey qadağan olur? Bu, hökumətin bizə olan sevgisindənmi irəli gəlir? Təbiiki, yox! Əgər gəlsəydi, sosial burulğanlarda canımızla əlləşməzdik. Bəs nədir bizə mane olan ki, biz xalq olaraq işğalçı rusun, Azərbaycanda erməni bufer dövləti yaradan ermənipərəst rusun Dağlıq Qarabada törətdiyi yaramaz, alçaq, namərd əməllərinə etiraz etməyək xalq olaraq, dövlət olaraq? Yoxsa Azərbaycanın dövlət başçısı İlham Əliyev bunu istəmir? İstəmirsə desin, biz də bilək. Yox , istəyirsə xalqa mane olmasın əksinə, şərait yaratsın hamımız, hər kəs meydanlara çıxaq işğalçı rusun Azərbaycandan rədd olmasını tələb edək, dünya mətbuatını dəvət edək, dünya ictimaiyyətinin diqqətini özümüzə cəlb edək, dünyanın dəstəyini tələb edək! Hökumət heç olmasa bizə bu məsələdə mane olmasın. Axı, biz nə qədər şəhid verməliyik? Əvvəllər ermənilərin indi də rusların qurbanı olmaqdan bıkmadıkmı? Mən hökumətdən, prezident İlham Əliyevdən xalqdan oğurlanan pulların hesabatını tələb etmirəm, mənim tələbim işğalçı rusun Azərbaycandan rədd olub getməsidir! Mən hər kəsi səsimə səs verməyə və heç kəsə ümid etmədən öz vicdanının, öz namusunun öhdəsinə buraxaraq feysbukda və digər sosial şəbəkələrdə deyil, məhz meydanlarda işğalçı rusa etiraz etməyə, ölkəmizdən rədd olub getmələrinə səs verməyə çağırıram.
Eşidirəm Sizi Azərbaycan vətəndaşları, buyurun, söz Sizindir, bizimdir, nə deyirsiniz?