Rusiyada axtarışda olan azərbaycanlı tutulub

Həmin şəxs soyğunçuluq madəsi ilə axtarışda imiş

Rusiyada axtarışda olan azərbaycanlı tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiyanın Xanti-Mansiysk Daxili İşlər İdarəsi və Ağstafa rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiyanın Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Rusiya vətəndaşı Sahil Əhmədov tutulub.