Gürcüstanda noyabrın 23-də xeyli məhbus azadlığa buraxılır. “Media forum” saytı xəbər verir ki, məhbuslar prezident Mixail Saakaşvilinin noyabrın 22-də imzaladığı əfv fərmanı əsasında azadlığa çıxır.
Gürcüstan Dövlət Əfv Komissiyasının məlumatına görə, Müqəddəs Georgi bayramı ilə əlaqəli fərmana əsasən, əfv olunan 519 məhbusdan 50-nin həbs müddəti azaldılır, 469 nəfər isə azadlığa buraxılır.


