“Neftçi” “Partizan”la bərabərə qaldı

Bu gün Avropa Liqasının qrup mərhələsində V turun oyunlarına start verilib.

Turnirdə yeganə təmsilçimiz olan “Neftçi” klubu növbəti matçına çıxıb.

 Azərbaycan çempionu doğma meydanda  Serbiyanın “Partizan” klubunu ilə qarşılaşıb.  Belqradda rəqibi ilə 0:0 oynayan “Neftçi” bu dəfə qələbə qazanmaq niyyəti ilə meydana çıxmışdıi. Lakin fasiləyə 1:0 üstün yollanan “Neftçi” ikinci hissədə qapısında top gördü. Oyun  1:1 hesabı ilə başa çatdı.

“Neftçi” Avroliqa turnirində son matçını dekabrın 6-da, İtaliyada “İnter” klubuna qarşı keçirəcək.