Binəqədinin sabiq prokuroru danışdı
“Təəssüflər olsun ki, son zamanlar mətbuatda mənim barəmdə bəzi məlumatlar yayılmaqdadır. Guya mən prokuror vəzifəsindən Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin işinə görə çıxarılmışam. Bu belə deyil”. Bu sözləri Moderator-az-a eksküliziv açıqlamasında Binəqədi rayonunun sabiq prokuroru Mirələkbər Seyidov söyləyib.
Onun sözlərinə görə, Ağdaş rayonunun prokurou vəzifəsindən çıxarılmasının konkret səbəbəri olub: “Bir cinayət işinin istintaqında nöqsanlar olmuşdu. Cənab Baş Prokuror da buna görə, məni tutduğum vəzifədən azad etdi. Hazırda da Baş Prokurorun sərəncamındayam”.


