Cənubi Livandan İsrail ərazisinə iki raket atılıb

Çərşənbə günü Cənubi Livan ərazisindən İsrail ərazisinə iki raket atılıb.
«Azadlıq.info»nun İTAR-TASS-a istinadən yaydığı məlumata görə, raketlərdən biri İsrailin Metulla yaşayış məntəqəsinin yaxınlığında partlayıb, digəri isə sərhəd zolağına düşüb. Ordu rəhbərliyi bununla bağlı hələ ki, heç bir şərh vermir. Hərbi analitiklərin ehtimalına görə, hücumu qaçqın düşərgələrindən fələstinli radikallar, həmçinin «Əl-Qaidə» ilə əlaqəli ekstremist qruplaşmalar da həyata keçirə bilərdi. 

2008-ci ildə Qəzza sektorunda HƏMAS-a qarşı hərbi əməliyyatlar zamanı Cənubi Livandan atılan bir neçə raket İsrail ərazisində partlayıb. Buna cavab olaraq İsrail tərəfi Livanın yaşayış məntəqələrini artileriya atəşinə tutub.

Azadlıq.info