Kanalizasiya suyu ilə çıxarılan AzərDuz

Masazır gölündə fəaliyyət göstərən Azərsun Holdingə məxsus “Azərduz” markalı duz istehsal edən zavod gölə kanalizasiya sularını axıdaraq göldən duz çıxarır. Xatırladım ki, Azərsun məhsulları dövlət təminatında və Azərduz markası ölkənin duz təminatında ciddi rol oynayır.

Binəqədi qəsəbəsinin kanalizasiya sularının bir hissəsi açıq axınla heç bir müdaxilə edilmədən Qır gölü (Asfalt gölü) deyilən Binəqədi göllərinə axıdılır. Bu göldən isə Masazır gölünə. Gölün bəndi dağıdılıb ki, axın daha da artsın. Biz dəfələrlə ETSN ə müraciət etsək də heç bir tədbir görə bilmədilər. Baxıb öz gözləri ilə görüb getdilər. Dedilər biz kimin açdığını “bilmədən” qanunsuz belə olsa bunun qarşısını kəsə bilmərik.

Biz məcbur qalıb Binəqədi göllərindən Masazır gölünə axan çirkli suların qarşısını kəsmək üçün bəndin dağıdılmış yerini ağır texnika cəlb edərək özbaşına bağladıq. Bu günlərdə dövlətin cəmiyyətin başı müharibəyə qarışanda yenə dələduzlar gəlib gölün bəndini dağıdıblar.

Biz nə edə bilərik.

  • İlk növbədə məsələyə aydınlıq gələnə kimi Azərduz markasını istifadə etməyək.
  • Məsələni ictimailəşdirək və aydınlıq gətirilməsini tələb edək.

Ps. Gölə başqa da bir neçə daha kiçik mənbələrdən kanalizasiya suları axır.

Cavid Qara | Ecofront