
Ermənistanın Müdafiə naziri David Tonoyan istefa ərizəsi yazıb. Bu haqda “Aravot” qəzeti bu gün – noyabrın 20-də məlumat yayıb.
Tonoyan 2018-ci ilin mayından bu vəzifədə idi.
Noyabrın 10-da Dağlıq Qarabağda atəşkəslə bağlı bəyanat açıqlanandan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətinin istefası tələb olunur. Paşinyan isə bir neçə gün öncə yol xəritəsi açıqlayıb, gələn il bu xəritənin icrası ilə bağlı hesabat verəcəyini deyib.