Rusiya xarici kəşfiyyatı: “Qərb Qarabağ razılaşmasını pozmağa çalışır”

Rusiya xarici kəşfiyyatının direktoru Sergey Narışkin deyib ki, Qərb Qarabağda atəşkəs razılaşmasını pozmaq məqsədilə erməni və azərbaycanlı millətçiləri təxribata çəkir:

“Ermənilərə təlqin etmək istəyirlər ki, Dağlıq Qarabağda sülh Yerevanın məğlubiyyətidir. Ortalığa “son qələbəyədək müharibə” ideyası atılır. Azərbaycanlıları isə, əksinə, inandlrırmağa çalışırlar ki, Azərbaycan ordusu Stepanakertin (Xankəndinin) bir addımlığında olarkən Kreml qələbəni ondan oğurlayıb”.

RIA Novosti agentliyinin yazdığına görə Narışkin deyib ki, “ABŞ və onun avroplı dostları öz maraqlarını sadə insanların hesabına həll edirlər:

“Bu dəfə söhbət ermənilərdən və azərbaycanlılardan gedir”.

Narışkin əlavə edib ki, “amerikalıları və avroplalıları bu təxribatların yeni qan tökülməsinə və regionun yenidən ağır hərbi münaqişənin girdabına düşməsinə səbəb ola biləcəyi maraqlandırmır”.