Ekspertiza deputatla rektorun videosunu təsdiqləyib
Sabiq millət vəklili Gülər Əhmodova ABU-nun keçmiş rektoru Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən video ilə bağlı açılmış cinayət işinə görə, Prokurorluqda yenidən ifadə verib. Bu barədə Moderator.az-a prokurorluqdakı mənbədən məlumat verilib. Məlumatda bildirilir ki, G.Əhmədovaya Elşad Abdullayevin çəkdiyi məlum videonun ekspertizasının rəyi də bildirilib. Ekpertiza videonun doğru olduğu və orada danışılanların hər iki şəxsin səsləri olduğu təsdiqlənib.
G. Əhmədova APA-ya açıqlamasında məlumatı təsdiqləyib. O qeyd edib ki, prokurorluqda ifadə verməkdə məqsədi istintaqa kömək etmək olub: “Mən əvvəl də demişəm ki, sona qədər bu məsələdə istintaqa kömək edəcəyəm. Məhz buna görə, mandatdan imtina etmişəm. İmtina ərizəmdə də istintaqa yaxından köməklik göstərəcəyimə və bütün bildiklərimi açıqlayacağıma söz vermişəm”.
G. Əhmədova bəzi mətbuat orqanlarında onun əleyhinə kampaniya aparıldığını da bildirib: “Bəzi mətbuat vasitələrində əleyhimə yazılar gedir. Bunların hamısı yalandır. Mən heç vaxt ölkədən qaçmaram. Bəzi qüvvələr belə məlumatları yaymaqla istintaqa təzyiq etmək, mənim 16 illik ictimai-siyasi fəaliyyətimə xələl gətirmək istəyirlər”.