Azərbaycan Rusiya helikopterinin vurulması ilə əlaqədar üzr istəyib

Azərbaycanın Xarici İşlər Nazirliyi Rusiyanın Hərbi Hava Qüvvələrinə məxsus helikopterin vurulmasına görə qarşı tərəfdən üzr istəyib.

Bu barədə  Xarici İşlər Nazirliyi xəbər verir.

Azərbaycan həlak olan ekipaj üzvlərinin ailələrinə səmimi qəlbdən başsağlığı verir və xəsarət alanların tezliklə sağalmalarını arzu edir. Azərbaycan tərəfi müvafiq kompensasiya ödəməyə hazır olduğunu bəyan edir.

Report