Davudoğlu Qəzzada hönkürüb ağladı

Fələstində rəsmi səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Qəzzada Həmas rəsmiləri və Ərəb Liqasına üzv ölkələrin xarici işlər nazirləri ilə görüşüb. Liqanın baş katibi Nabil əl Ərəbi və digər qonaqlarla Qəzza “Şəfa” xəstəxanasına gedən Davudoğlu burda İsrail bombardımanında yaralanan fələstinlililəri ziyarət edib. Daha sonra bu hücumlar vaxtı ölənlərin qohumlarını ziyarət edən Əhməd Davudoğlu ailəsini itirmiş yaşlı bir kişini qucaqlayaraq hönkürtü ilə ağlayıb. XİN rəhbərinin ağlaması onu müşayiət edən qoaqlara da təsir edib (ans press).