Azərbaycan və Ermənistan hərbi olmayan hədəfləri hədəf almayacaq

❗ATƏT-in Minsk Qrupu 30 oktyabr 2020-ci ildə Cenevrədə Azərbaycan və Ermənistan XİN rəhbərlərilə birgə keçirdikləri müzakirələrin yekunu barədə açıqlama yayıb. Açıqlamada deyilir:

🔺Həmsədrlər tərəfləri humanitar atəşkəsin dərhal təmin edilməsi də daxil olmaqla, öhdəliklərini tam şəkildə yerinə yetirməyə çağırdılar.

🔺 Tərəflər beynəlxalq humanitar hüquqa uyğun olaraq qəsdən mülki və ya hərbi olmayan hədəfləri hədəf almayacaqlar.

🔺 Tərəflər BQXK-yə lazımi təhlükəsizlik zəmanətlərini verərək, döyüş sahəsindəki qalıqların toplanmasında və mübadiləsində fəal iştirak edəcəklər.

🔺Həftə içində tərəflər BQXK-ya giriş və mümkün mübadilə üçün həbsdə olan hərbi əsirlərin siyahısını təhvil verəcəklər.

🔺 Tərəflər atəşkəsin təsdiqlənməsinin mümkün mexanizmləri barədə yazılı şərh və suallarını 10 oktyabr tarixli ortaq bəyanatın 2-ci bəndinə uyğun olaraq təqdim edəcəklər.

🔺Tərəflər 10 oktyabr tarixli birgə bəyanatın 3-cü bəndinə uyğun olaraq hərtərəfli həll yolunun əsas elementləri ilə bağlı mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı danışıqlar aparacaqlar.