Birləşmiş Krallıq Suriya xalqının yeganə qanuni nümayəndəsi kimi Suriya Müxalifət və İnqilabçı Qüvvələrin Milli Koalisiyasını tanıyıb.
Londonda qəbul edilən qərarı bu gün Britaniya xarici işlər nazii Uilyam Xeyq səsləndirib. Bu gün Aİ-nın xarici məsələlər üzrə ali nümayəndəsi Ketrin Eşton da analoji bəyanatla çıxış edib. Ancaq Avropa İttifaqı hələ ki, koalisiyanı yeganə leqitim qüvvə kimi tanımaq qərarı verməyib. Məsələ bundadır ki, Suriya müxalifətində parçalanma müşahidə olunur. Ölkənin şimalında, Aleppo rayonunda koalisiyanı tanımadıqlarını və özlərinin islam əmirliyini yaratmaq niyyətində olduqlarını bəyan ediblər.
Azadlıq.info


