Ermənistan Bərdəyə raket atıb, 4 nəfər ölüb, 10 nəfər yaralanıb

Oktyabrın 27-si saat 16:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılıb.

Raket atılması nəticəsində ölənlərin sayı 4-ə çatıb. Ölənlər Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və İsgəndərova Aysu Rövşən qızıdır.

Eyni zamanda bir neçə kənd sakini də ağır yaralanıb. Xəsarət alanların sayı ondur.

Yaralılar xəstəxanaya aparılıb. Onların arasında azyaşlılar da var.